Oğurluq edən 6 nəfər tutuldu - İkisi qardaşdır

11.07.2018 15:04

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Akif Vəliyevin həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elşad Fərzəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, onun iyunun 27-də Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Asif Ağayev və Nizami Abbasovla birgə Əlmurad Vəlizadənin həyətindən 2 baş inək oğurlaması da müəyyən edilib. Görülmüş tədbirlərlə A.Ağayev və N.Abbasov saxlanılıblar.

Bundan başqa Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də Abdulla Cəbrayılovun həyətindən 2 baş inək oğurlamaqda şübhəli bilinən Birinci Varlı kənd sakinləri Rəşad Rəşidov, Ramil Rzayev və qardaşı Famil saxlanılıblar.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR