Tanınmış aktyorun vəziyyəti ağırdır

08.07.2018 17:23

Türkiyənin məşhur aktyoru Ferdi Merterin səhhəti ağır olaraq qalır.

Reanimasiyada olan ünlü aktyor üçün uyğun qan axtarılır. Qızı Almula Merter sosial şəbəkədən aktyorun pərəstişkarlarına müraciət edərək Hacettepe xəstəxanasının Nevroloji şöbəsində müalicə alan atasının təcili qana ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, 79 yaşlı Ferdi Merter fevral ayında yıxılaraq ayağını sındırmışdı. Ferdi Merter Azərbaycan tamaşaçılarına "Qurtlar vadisi pusu” serialı, "Kolpaçino” filmindən tanışdır.

© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR