İnşasına başlanılan körpü yarımçıq qaldı - VİDEO

14.06.2018 20:44

Gədəbəyin Çalburun kəndinin sakinləri 4 il əvvəl kənddən keçən çayın üzərindən salınan körpüdə işlərin dayandırılmasından narahatdırlar. Artıq bir ildir ki, tikintinin aparılmaması kəndlilərin həyat tərzinə ciddi təsir edir. Kənd camaatının alternativ variant kimi inşa etdikləri körpü isə hər dəfə güclü sel gələndə dağılır.

İllərəvvəl inşasına başlanılan körpü yarımçıq qalıb.

Bura Gədəbəyin Çalburun kəndidir. 4 il əvvəl inşasına başlanılan körpüdə işlər 1 ildir ki, aparılmır. Nəticədə sakinlər kəndi iki hissəyə bölən Qaraçay çayını keçməkdə çətinlik çəkirlər. Xüsusilə yağışlı günlərdə və güclü sel gələndə vəziyyət daha da acınacaqlı olur. Alternativ variant kimi kəndlilərin özlərinin inşa etdikləri körpü də belə məqamlarda uçub dağılır.

Sakinlər deyir ki, vəziyyət elə həddə çatıb ki, xəstələri rayon mərkəzinə aparmaqda çətinliklər çəkirlər. Təcili yardım maşının çağırılan ünvana çatdırılması mümkünsüz olur. Həmçinin məktəblilərin də çayı keçərək dərsə getmələri ciddi təhlükə yaradır.

Məsələ ilə bağlı kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciətlər etsələr də, sorğuları cavabsız qalıb.Qeyd edək ki, kənddə 2 mindən artıq əhalı yaşayır. Salınacaq körpüdən isə təkcə Çalburun deyil, daha üç kəndin sakinləri istifadə edəcəklər.

Azərbaycan avtomobil yolları dövlət agentliyinin mətbuat katibi Anar Nəcəfli Xəzər Xəbərə bildirdi ki, körpünün tikintisi üçün ilkin olaraq maliyyə vəsait ayrılıb və müəyyən işlər görülüb.İşlərin tam başa çatdırılması üçün agentliktərəfindən yeni vəsaitin ayrılması məqsədilə aidiyyatı üzrə müraciət olunub.Yaxın vaxtlarda məsələ öz müsbət həllini tapacaq.

© xezerxeber.az


419 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR