5 ayda uşaqlara ən çox qoyulan adlar - Zəhra yenə liderdir

14.06.2018 15:47

Azərbaycanda uşaqlara verilən adların arasında dini adlar üstünlük təşkil edir.

Ədliyyə Nazirliyindən XəzərXəbər verilən məlumata görə, 2018-ci ilin 5 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Yusif (919), qız uşaqlarına isə Zəhra (916) adı verilib.

Eyni zamanda islam dininə xas Hüseyn (651), Əli (720), Fatimə (523), Zeynəb (550), Ömər (560), Məryəm (590), Məhəmməd (520) adları da uşaqlara ən çox verilən adlardandır.

Bununla belə, son vaxtlar uşaqlara verilən adlar sırasında Nuray (643), Aylin 595), Murad 465, Mələk (476), Uğur (546) kimi adlar da üstünlük təşkil edir.

Ümumilikdə isə son 5 il ərzində Azərbaycanda doğulan uşaqlara ən çox Yusif (15584), Zəhra (14635) adları verilib.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

18.06.2018 16:09

Şəkidə avtomobil yanıb

ÇOX OXUNANLAR