“BakuBus” avtobusunun yolunda NÖVBƏTİ TƏHLÜKƏ - VİDEO

14.06.2018 15:26

Bakıda daha bir sürücü idarə etdiyi minik avtomobili ilə "BakuBus” MMC-yə məxsus avtobusun yolunda təhlükəli vəziyyət yaradıb.

"BakuBus” MMC-dən verilən məlumata görə, hadisə iyunun 9-da saat 10:49-da Akim Abbasov və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində baş verib.

Avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntülərə baxış zamanı məlum olub ki, sürücü idarə etdiyi 90-UE-992 dövlət nömrə nişanlı "Mitsubishi Pajero” markalı avtomobili qəflətən 17 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxarıb və əyləcdən istifadə edib. Bu zaman avtobusun sürücüsü də qəzanın baş verməməsi üçün əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Nəticədə avtobusun sərnişini Şirin Məmmədli oturacaqdan yıxılıb.

Müraciəti nəzərə alınaraq Ş.Məmmədli hadisə ilə bağlı "BakuBus” MMC-də aparılan araşdırmanın nəticəsi barədə məlumatlandırılıb.

"BakuBus” MMC sərnişinlərin çoxsaylı müraciətlərinə əsaslanaraq, bir daha bütün sürücüləri yol-hərəkət qaydalarına əməl etməyə, idarə etdikləri nəqliyyat vasitələrini avtobusların hərəkət zolağına çıxarmamağa və təhlükəli vəziyyətlər yaratmamağa çağırır.

İyunun 9-da baş vermiş hadisə ilə bağlı görüntüləri təqdim edirik.

© xezerxeber.az


292 dəfə oxunub

XƏBƏRLƏR

21.06.2018 13:51

Əsgərə məktub yazın!

ÇOX OXUNANLAR