Rusiyadan gətirilən buğdada zərərverici aşkarlandı - VİDEO

13.06.2018 20:53

Rusiyadan ölkəyə gətirilən 1636 ton buğdada karantin tətbiq edilən bitkinin toxumları aşkarlanıb. Məhsul mütəxəssislərin nəzarətinə götürülüb və təmizləndikdən sonra istifadə ediləcək.

Rusiyadan idxal olunan buğdada alaq toxumları aşkar edilib.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri Rusiyadan idxal edilən ümumi çəkisi 1636 ton olan ərzaqlıq buğdaya baxış keçiriblər. Baxış zamanı məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub.Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin tətbiq edilən alaq bitkisi - sürünən kəkrə toxumları aşkar olunub.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin sözlərinə görə, hazırda həmin buğda mütəxəssislərin nəzarəti altındadır. Lazımi fitosanitar tədbirlər həyata keçirildikdən sonra məhsulun istifadəsinə icazə veriləcək.

Sözügedən alaq otu ölkə ərazisində məhdud dairədə yayılıb. Son illər həmin bitkiyə qarşı əsasən qlifosat sistüm təsirli herbisidlərdən istifadə edilir.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR