Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Azərbaycan ordusu möhtəşəm parada hazırlaşır - VİDEO

13.06.2018 20:55

Bu günlərdə Bakı səmasında tez tez qırıcı təyyarələri görə bilərsiniz. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə hərbi hava qüvvələrinin aviasiya vasitələri uçuşlar həyata keçirir. İyunun 26-da keçiriləcək hərbi paradda ordumuzun arsenalında olanmüasir silahlar nümayiş olunacaq. Hərbi ekspertlərin fikrincə, bu dəfəki parad möhtəşəmliyi ilə seçiləcək.

Ard-arda muncuq kimi düzülən qırıcılar bu gün yenidən səmada görünüb.

Görüntülər səhər saatlarında Bakıda lentə alınıb. Hərbi hava qüvvələrinin aviasiya vasitələri Azərbaycan xalq cumhuriyyətininyaranmasının 100-cü ildönümü münasibəti ilə keçiriləcək parada hazırlaşır.

Ötən paradda olduğu kimi bu dəfəki hərbi paradda da silahlı qüvvələrimizin arsenalında olan müasir silahlar nümayiş olunacaq. Ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, Ordumuzun 100 illiyi möhtəşəm hərbi paradla müşahidə olunacaq.

Ekspertlərin fikrincə, paradda nümayiş olunan silah-sursat, hərbi texnika bir gün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə yönəldiləcək. Məhz bu səbəbdən də Azərbaycan ictimaiyyəti üçün böyük maraq kəsb edən hərbi parad düşmən ölkədə də təşvişə səbəb olur.

Hərbi ekspertlər hesab edirlər ki, paradlar xalqda öz ordusuna, əsgər və zabitinə inam yaradır. Bu, eyni zamanda ərazisi işğal olunan ölkənin güc nümayişidir.Məhz bu dəfəki hərbi paradda da Azərbaycanın öz istehsalı olan silahlar əsas diqqət mərkəzində olacaq.

Qeyd edək ki, hərbi parad iyun ayının26-da Bakının "Azadlıq" meydanında keçiriləcək.


© xezerxeber.az


696 dəfə oxunub

ÇOX OXUNANLAR