Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Körpəyə əzab verən tərbiyəçini həbs gözləyir: cinayət işi açıldı - VİDEO

13.06.2018 20:51

Uşaqları döyən tərbiyəçi saxlanılıb. Söhbət bir neçə gün əvvəl Bakıda özəl bağçalardan birində uşaqlara qarşı zorakılıq edən tərbiyyəçidən gedir. Yasamal rayon polis idarəsinin müvəqqəti saxlanma yerində olan qadın bu əməlindən peşman olduğunu deyib.

Bağçada uşaqlara qarşı kobud davranan qadın saxlanılıb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri bu gün uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi ilə görüşüblər. Komitə sədri Tural Hüseynovbildirib ki, sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynovla birgə Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Hüquq müdafiəçiləri orada uşaq zorakılığına görə tutulmuş Füruzə Tağıyeva ilə görüşüblər. Füruzə Tağıyeva saxlanmadan və ona qarşı rəftardan heç bir şikayət etməyib. Amma qadın hiss olunurdu ki, stressdədir və bu hadisəyə görə saxlanılmasını qəbul edə bilmir deyə Tural Hüseynov bildirib.

Tural Hüseynov həmçinin Füruzə Tağıyevanın törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini qeyd edib. ''Füruzə Tağıyeva bildirdi ki, uşağı döyməyib. Sadəcə, həmin uşaq nadinc olduğundan onu tənbeh edib və danlayıb. O, bu hərəkətindən də çox peşman olduğunu bildirib. Deyib ki, özü də iki azyaşlı uşaq anasıdır və bu günə qədər çalışdığı tərbiyə müəssisələrində heç vaxt uşaqlara qarşı zorakılığa yol verməyib''.

Qeyd edək ki, Füruzə Tağıyeva Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi"ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir. Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin"əzab vermə" maddəsi ilə cinayət işi başlanıb.

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR