Qəbələdə güclü sel: FHN 77 nəfərə kömək etdi - VİDEO

13.06.2018 20:50

Qəbələdə yağışlardan sonra yaranan güclü sel fəsadlar törədib. Bir neçə kəndi rayon mərkəzi ilə birləşdirən körpünü sel uçurub. Bum kəndində isə bir neçə həyəti və küçələri su basıb.

Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən çaya gələn güclü sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.

Nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarınınşəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib.

Kənd sakinləri deyir ki, çay üzərində kustar üsulla qurduqları yol keçidindən istifadə ediblər. Son günlər aramsız yağan yağışlar nəticəsində çayda güclü sel yaranıb və istifadə olunan keçid dağılıb.

Kənd sakinləri müvəqqəti olaraq çayı keçmək üçün yük avtomobilindən istifadə edirlər.Tikanlı çayının məcrasından çıxması nəticəsində Bum kəndində küçələrə və həyətlərə dəl su dolub.

Yaranmış fövqəladə vəziyyətlə bağlı rayon icra hakimiyyətindən nümayəndələr ərazidə olublar.Bildirilib ki, hadisə ilə bağlı aidiyyatı qurumlaraməlumat verilib.

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR