İspaniya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəldi

13.06.2018 16:51

İspaniya Futbol Federasiyası yığmanın yeni baş məşqçisinin adını açıqlayıb.

XəzərXəbər-in federasiyasının saytına istinadən məlumatına görə, Fernando Yerro dünya çempionatında "matadorlar”a rəhbərlik edəcək.

O, daha öncə millidə idman direktoru vəzifəsini tuturdu.

Xatırladaq ki, Xulen Lopeteqi "Real”a baş məşqçi təyin olunmasının ardından millidəki postundan uzaqlaşdırılmışdı.

© xezerxeber.az


362 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR