Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

"Son zəng" üçün konkret vaxt qoyuldu: 2 saat - VİDEO

12.06.2018 20:58

İyunun 14-də bütün məktəblərdə "son zəng" tədbiri keçiriləcək. Tədbir yenə yalnız məktəb daxilində baş tutacaq və iki saat davam edəcək. Bu haqda məlumat verən Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva bəzi məktəblərdə yaşanan şagird sıxlığı probleminə də münasibət bildirib.

Tədris ilinin yekunlaşmasına bir neçə gün qalıb. Hər il olduğu kimi bu il də məktəblilərin ənənəvi son zəng tədbirləri keçiriləcək.

Baki Şəhəri üzrə təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, bütün məktəblərdə son zəng tədbirləri eyni gündə təşkil ediləcək.

Məktəblərində yaranan sıxlıq məsələsinə də toxunan Məhəbbət Vəliyeva deyib ki, İdarənin tabeliyində olan məktəblərin kiçik bir qismində bu problem müşahidə olunur.

Məhəbbət Vəliyeva əlavə edib ki, 2018-2019-cu tədris ili üçün Bakı şəhərində uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq. Ancaq bu, bütün məktəblərdə həyata keçirilməyəcək. Bunun da səbəbi bəzi məktəblərdə sıxlığın olması və bu məktəblərin iki növbəli sistemlə fəaliyyət göstərməsidir.

© xezerxeber.az


673 dəfə oxunub

ÇOX OXUNANLAR