Bakıda silsilə quldurluq törədən dəstə üzvləri tutuldu - VİDEO

17.05.2018 20:52

Bakıda silsilə cinayətlər törədən dəstə ifşa edilib. Aralarında qadın da olan həmin şəxslər taksi sürücüsünə qarşı quldurluq ediblər.onlarınbir mənzili qarət etdiyi də məlum olub.

Taksi sürücüsünə qarşı ağır cinayət törədən dəstə üzvləri saxlanılıb.

Şəhər sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı 3 nəfər şəxs onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.

Qeyd edilən ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Taksi sürücüsündə pul olması barədə məlumatı isə dəstə üzvü Şəms Məmmədova zərərçəkənin qohumu Sevda Gözəlova verib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai Rayon Polis İdarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakinləri - Sevda Gözəlova və Şəms Məmmədov, həmçinin Masallı rayon sakinləri - Samir Həşimov, Elvin Kazımov və Aysel Məmədova saxlanılıblar.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları götürərək satdıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

© xezerxeber.az


686 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR