Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Sahələrdə kartof bol olsa da, alıcı tapılmır - VİDEO

17.05.2018 20:50

Cəlilabadda kartof sahələrdə qalıb. Məhsuldarlıq ötən illə müqayisədə xeyli yüksək olduğundan qiymətlər enib. Fermərlər bu qiymətin onlara sərf etmədiyini əsas gətirərək, məhsulu sahələrdən yığmırlar.

Sahələrdə kartof bol olsa da, alıcı tapılmır.

Bir müddətdir ki, Cəlilabadda açıq sahələrdki kartofun yığımına başlanılıb. Fermerlərin sözlərinə görə, məhsuldarlıq ötən illə müqayisdədə xeyli yüksəkdir. Lakin qiymətlərin aşağı olması fermerlərin ürəyincə deyil. Yığım mövsümünün əvvəlində kiloqramı 50 qəpiyə olan məhsul indi 15-16 qəpiyə qədər ucuzlaşıb.

Təsərrüfat sahibləri deyilər ki, kartofun əsas ixrac olunduğu ölkələrdən biri Rusiyadır. Rusiya bazarlarına da son günlər başqa ölkələrdən kartof idxalı artdığı üçün buradan göndərilən məhsula təlabat azalıb. Kənd sakinləri də məhsulu daxili bazarlarda satmağa çalışırlar.Lakin hazırda yerli bazarlarda tələb olunanadan artıq məhsul satışa çıxarıldığı üçün qiymətlər də günbəgün aşağa düşür. Hazırda hektarlarla ərazidə kartofelə sahələrdəcə qalıb.

Fermerlər və mütəxəssislər bildirirlər ki, bölgələrdə soyducu anbarların çoxaldılması ilə məsələni qismən də olsa həll etmək olar.

© xezerxeber.az


388 dəfə oxunub

ÇOX OXUNANLAR