Paşinyan tərəfdarlarına da xəyanət etdi

17.05.2018 12:27

Məmurların hamısının və dərhal istefaya göndərilməsi tələbi düzgün deyil.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

Son günlər Yerevan merinin və Ermənistan baş prokurorunun istefası tələbi ilə artan etirazları şərh edən N.Paşinyan bunun üçün vaxt lazım olduğunu bildirib:

"Hamının və dərhal istefaya göndərilməsi düzgün olmazdı. Fikrimcə, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır”.

Qeyd edək ki, N.Paşinyan mayın 8-də, bir aya yaxın davam edən etiraz aksiyalarından sonra Ermənistanın baş naziri seçilib.

© xezerxeber.az


530 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR