Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

ABŞ-da neft və benzin ehtiyatları azalır

17.05.2018 11:23

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,4 milyon barrel (0,3 faiz) azalaraq 432,4 milyon barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 800 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 2,2 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 1,5 milyon barrel (0,2 faiz) azalaraq 662 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,8 milyon barrel (1,6 faiz) azalaraq 232 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,4 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,2 milyon barrel aşağı düşmüşdü.

© xezerxeber.az


216 dəfə oxunub

ÇOX OXUNANLAR