30 ildir fasilə vermədən oruc tutur

17.05.2018 10:38

Türkiyənin Kocaeli vilayətinin Gölçük qəsəbəsinə yaşayan Osman Ay adlı şəxs 30 ildir dayanmadan oruc tutur. Bizimyol.info-nun xəbərinə görə, Osman Ay bildirib ki, gənclik illərində 155 kilo çəkiyə malik olub. Diyetlə 4 aya 70 kilo arıqladıqdan sonra isə fasiləsiz olaraq oruc tutmağa qərar verib.

Osman Ay market sahibidir. Ətrafdakılar onu "Oruc baba” deyə çağırırlar. Osman bəyin dediyinə görə orucu zəif qalmaq üçün yox, sağlam həyat tərzi olaraq seçib.

10 934 gün oruclu olduğunu bildirən Osman Ay Ramazan ayı gəlincə hər kəslə birlikdə oruc tutmağın daha gözəl bir duyğu olduğunu söyləyib.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR