Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

İtaliyanın dövlət borcu ən yüksək həddə çatıb

17.05.2018 10:00

İtaliyanın mərkəzi bankı "Banca d’Italia”nın verdiyi məlumatda bildirilir ki, mart ayında ölkənin dövlət borcu 2,302 trilyon məbləğində olub. Bu isə indiyədək qeydə alınmış ən yüksək məbləğdir.

AZƏRTAC ölkənin mərkəzi bankına istinadla xəbər verir ki, 2018-ci ilin fevral ayı ilə müqayisədə mart ayında qeydə alınmış borc artımı 15,9 milyard avro təşkil edib.

Sonuncu dəfə rekord məbləğdə dövlət borcu 2017-ci ilin iyul ayında qeydə alınıb və həmin vaxt dövlət borcu 2,3 trilyon avro təşkil olub.

© xezerxeber.az


236 dəfə oxunub

ÇOX OXUNANLAR