Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Altı ölkə “Hizbullah”ın liderlərinə qarşı sanksiyalar tətbiq ediblər

17.05.2018 09:52

Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri "Hizbullah” hərəkatının yüksəkvəzifəli nümayəndələrinə və bu təşkilatı dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq etmək barədə qərar veriblər.

AZƏRTAC Səudiyyə Ərəbistanının SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıya 10 nəfər daxil edilib. Onlardan 5-i hərəkatın rəhbərliyində təmsil olunur. Bu şəxslərin əmlakı və aktivləri dondurulacaq.

Məlumatda bildirilir ki, "bu addım ABŞ-la tərəfdaşlıqda, terrorizmin maliyyələşdirilməsi ilə bağlı məlumatların təhlili və hazırlanması mərkəzi (Terrorist Financing Targeting Center) və mərkəzin digər üzv ölkələri (Bəhreyn, Küveyt, Qətər və BƏƏ) ilə birgə atılıb.

© xezerxeber.az


237 dəfə oxunub

ÇOX OXUNANLAR