Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Sabahdan müqəddəs Ramazan ayı başlayır - Mədə dincəlir, ruh qidalanır - VİDEO

16.05.2018 20:53

Bu gün niyyət axşamı, sabah isə müqəddəs Ramazan ayının ilk günüdür. Oruc tutmaq hər bir müsəlmanın borcu sayılır. Ancaq bəzi kateqoriyadan olan insanlar oruc tutmaya bilərlər. "Xəzər Xəbər" məsələyə ilahiyyatçılarla aydınlıq gətirib.

Mədə dincəlir, ruh qidalanır. Sabahdan müqəddəs Ramazan ayı başlayır.

12 ayın sultanı olan bu ayda oruc tutmaq hər bir müsəlmanın borcu sayılır. İlahiyyatçılar deyirlər ki, Ramazan ayı insanın həm fiziki, həm də mənəvi paklıq ayı hesab edilir.

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, oruc tutmaq hər bir müsəlmanın üzərinə vəzifə kimi qoyulsa da, bəzi kateqoriyadan olan şəxslər oruc tutmaya bilərlər.

Bundan başqa, həddi-büluğa çatmayan uşaqlara da oruc tutmaq fərz hesab olunmur. Rahatlıq dini olan islamda hansısa işlə əlaqədar qonaq kimi uzaq səfərə gedən şəxslər də səfər bitənədək oruc tutmaya bilərlər. Ancaq onlar geri qayıtdıqdan sonra oruc tutmağa davam etməli və tutmadıqları orucların qəzasını tutmalıdırlar.

© xezerxeber.az

FOTOQALERIYA






663 dəfə oxunub

ÇOX OXUNANLAR