Tərtər sakini bunu bacardı - Bir ağacda 14 növ gilas yetişdirdi - VİDEO

16.05.2018 20:58

Tərtər sakini həyətində calaq üsulu ilə bir ağacda 14 növ gilas yetişdirib. Gilasların rəngləri, formaları və dadları da fərqlidir. Maraqlısı budur ki, gilasın bəzi növləri bar versədə bəzi növlərin mövsümü hələ çatmayıb.

Rəngləri, formaları, dadları fərqli olsada hamısı 1 ağacın məhsuludur.

Tərtər rayonunun Yenikənd sakini Fəqani Əsədov şəxsi təsərrufatında yetişdirdiyi gilas ağacı görənləri təəcübləndirir.Bir ağacın üstündə coxlu növdə gilas görmək mümkdür.Təsərrüfat sahibi deyir ki,həyətindəki gilas agacı qocaldığından gövdəsini kəsərək calaq edib.Calaq üsulu ilə 14 ayrı gilas sortunu bir agacda yetişdirə bilib.

O,meyvənin növlərini ayrı-ayrı yerlərdən əldə edib.bəzi sortları isə xaricdən gətirib.Fəqani Əsədov 14 sortu 1 agacda yetişdiirilməsinə xüsusi diqqət yetirib.Ağacda gilasın bəzi növləri bar versədə bəzi növlərinin mövsümü hələ çatmayıb.

Kənd sakinin bağında coxlu sayda ağac növlərinə rast gəlmək mümküdür.O,bir cox ağaclarında calama işi aparıb.Təsərrüfat sahibi bu üsulu başqa ağaclara da tətbiq etmək fikrindədir.


© xezerxeber.az

FOTOQALERIYA






946 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR