700 balın nümunələri... - Onları siz də tanıyın - VİDEO

16.05.2018 20:55

Mayın 13-də keçirilmiş ali məktəblərə qəbul imtahanında 7 nəfər maksimum nəticə əldə edərək, 700 bal toplayıb. II qrup üzrə 2 nəfər maksimum nəticə göstərib, III ixtisas qrup üzrə isə 5 abituriyent maksimum bal toplayıb.

Xəyyam Sultanlı, Elvin Kərimli və Leyli Əhmədova II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında 700 bal toplamış 7 abituriyentdən üçüdür... Onlar 36 minədək abituriyentdən fərqlənməyi bacarıblar.

III ixtisas qrupu üzrə imtahan vermiş Bakı Türk Liseyinin məzunu Xəyyam Sultanlı 700 bal yığacağını gözləmirdi.

Xəyyam deyir ki, yüksək nəticə əldə etmək üçün son 2 il deyil, 11 il yaxşı oxumaq lazımdır. Yüksək bal yığmasına görə müəllimlərinə və valideyinlərinə borclu olduğunu deyən Xəyyam artıq seçimini də edib.

Elvin Kərimli də 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib. Bakı şəhəri 45 saylı tam orta məktəbin məzunu olan Elvin 2017-2018-ci tədris ilində keçirilmiş Respublika fənn olimpiadalarında tarix fənni üzrə bürünc medalın sahibidir. Həmçinin, "Nə?, harda?, nə zaman?" və "Əlaçı" intellektual bilik yarışlarının qalibi olub. 700 bal toplamağı Elvin aşağı siniflərdən qarşısına məqsəd qoyubmuş.

Elvin universitet seçimini hələ etməsə də, ixtisasını dəqiqləşdirib.

Leyli Əhmədova da 3-cü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında maksimal nəticə əldə edərək, 700 bal toplayıb. Paytaxtın 214 saylı məktəbin məzunu olan Leyli deyir, maksimum nəticə əldə etmək üçün 1-ci sinifdən yaxşı oxumaq lazımdır. O, 2016 və 2017-ci illərdə Respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl medalın sahibi olub. Seçiminə gəlincə, Leyli hansı ixtisas üzrə hansı universitetdə oxuyacağını hələ müəyyənləşdirməyib.

Rekordçu abituriyentlərin hər üçü bakalavr təhsillərini Azərbaycanda almağı planlaşdırırlar.

© xezerxeber.az


426 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR