Bağdad yaxınlığında partlayış: azı 8 nəfər həlak olub, 30 nəfər yaralanıb

16.05.2018 18:05

İraqın paytaxtına yaxın rayonların birində baş verən partlayış nəticəsində azı 8 nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident Bağdaddan 50 kilometr şimalda yerləşən Tarmiyyə yaşayış məntəqəsində qeydə alınıb. Burada kamikadze dəfn mərasimi zamanı partlayıcı qurğunu işə salıb.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

© xezerxeber.az


274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR