Kirayə qaldığı mənzilin əşyalarını satdı

16.05.2018 12:40

Ucar rayon sakini Bakıda kirayə qaldığı mənzilin əşyalarını satıb.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, mayın 14-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Bahar qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Zərərçəkmiş T.Fətəliyev bildirib ki, bir müddət əvvəl özünə məxsus 4 ədəd televizor, 2 divan, 2 kreslo, 2 xalça və digər məişət əşyalarını saxlamaq üçün tanışının evində yerləşdirib. Ev sahibi isə həmin evi kirayə veribmiş. Bu yaxınlarda həmin əşyaları götürməyə gələndə isə onları tapmayıb. Kirayədə qalan şəxs isə həmin əşyalardan xəbəri olmadığını deyib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şübhələr mənzildə kirayədə yaşayan Ucar rayon sakini Pünhan İbadovun üzərində cəmləndiyindən o saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən bu şəxs 2 ildir həmin mənzildə kirayədə yaşadığını, son bir neçə ay ərzində həmin avadanlığı tək-tək satdığını bildirib.

Qeyd olunan məişət əşyalarını əşyalarının hamısı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

© xezerxeber.az


482 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR