ABŞ-da 7 məhbus həbsxanada kütləvi davada ölüb

16.04.2018 18:07

ABŞ-da həbsxanada məhbuslar arasında kütləvi dava olub.

ABC telekanalına açıqlama verən "Lee Correctional İnstitute" cəzaçəkmə müəssisəsinin nümayəndəsi Ceffa Taylon bildirib ki, kütləvi dava bazar günü axşam saatlarından başlayıb, bazar ertəsi ştatın hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə dayandırılıb.
Kütləvi dava nəticəsində 7 nəfər ölüb, 17 məhbus xəsarət alıb. Həbsxana əməkdaşları arasında zərərçəkən olmayıb.

Qeyd edək ki, sözügedən həbsxanada ağır cinayətlərə görə məhkum edilmiş 1,5 min məhbus saxlanılır.

© xezerxeber.az


418 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR