Yens Stoltenberq: Türkiyə NATO-nun çox dəyərli və önəmli müttəfiqidir

16.04.2018 18:00

"Türkiyə ittifaqda açar rol oynayan bir müttəfiqdir. Türkiyə birgə təhlükəsizlik fəaliyyətimizə töhfəsini verir və İŞİD-ə qarşı mübarizədə böyük rol oynayır".
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. "Türkiyə NATO üçün çox iş görür. NATO Türkiyənin yanındadır. Türkiyə 3,5 milyondan çox qaçqına ev sahibliyi edir. Bugünki görüşdə iyul ayında keçiriləcək NATO zirvəsinə hazırılıq məsələləri də müzakirə olundu. Çavuşoğlu Afrin əməliyyatı ilə bağlı məni məlumatlandırdı. "Zeytun budağı" əməliyyatında Türkiyənin şəffaflıqla hərəkət etməsindən məmnunam. Dumada baş verən kimyəvi hücumdan da danışdıq. Kimyəvi silahlar qadağandır. Bununla bağlı beynəlxalq razılaşma var. Son hərbi əməliyyatın məqsədi Suriya rejiminin kimyəvi silah imkanlarının azaldılmasıdır. Bu, bir mesaj idi", - deyə Y. Stoltenberq vurğulayıb.
Baş katib "Türkiyə NATO-dan çıxarılsın" çağırışlarına da münasibət bildirib: "Türkiyə NATO-nun olduqca önəmli bir üzvüdür. Türkiyənin hərbi infrastrukturuna yatırım qoyuruq. Çox mühüm bir müttəfiqimizdir".
M. Çavuşoğlu isə bəyan edib ki, Türkiyə üzv ölkələrlə birlikdə NATO-nun genişləndirilməsinin tərəfdarıdır: "NATO-dan terrorla mübarizəmizdə daha çox dəstək gözləyirik. Bütün terror təşkilatları ilə mübarizəyə davam edəcəyik. Türkiyədə keçiriləcək NATO zirvəsində Suriya, İraq və Liviya kimi regional məsələləri də müzakirə edəcəyik".

© xezerxeber.az

FOTOQALERIYA






748 dəfə oxunub

XƏBƏRLƏR

16.07.2018 09:09

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR