"Roma" müdafiəçisini itirdi

16.04.2018 17:07

"Roma”nın heyətində ciddi itki baş verib.

Paytaxt klubunun müdafiəçisi Kostas Manolas sıradan çıxıb.

İtaliya A Seriyasının "Latsio” ilə oyununda (0:0) xəsarət alan 26 yaşlı futbolçu derbinin 74-cü dəqiqəsində əvəzlənmişdi. Yunan futbolçunun zədəsi ciddidi. Bu barədə məlumatı "canavarlar”ın mətbuat xidməti yayıb.

Manolas növbəti tur baş tutacaq "Cenoa”ya qarşı matçı buraxmalı olacaq.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR