"Qalatasaray" liderliyi ələ keçirdi - VİDEO

16.04.2018 17:02

Türkiyə Superliqasının 29-cu turunun mərkəzi görüşündə çempionluğa əsas namizədlər "Qalatasaray" və "Başakşehir" qarşılaşıb.

Turun ən maraqla gözlənilən və liderlik uğrunda mübarizə aparan komandaların görüşü 2:0 hesabı ilə "Qalatasaray"ın qələbəsi ilə yekunlaşıb.

hesabı meydan sahiblərinin braziliyalı müdafiəçisi Mariano açıb. İkinci qol isə avtoqol olub. "Başakşehir"in toqolu hücumçu Emmanuel Adebayor fərqlənib.

Gərginliyi ilə yadda qalan qarşılaşmada baş hakim Halil Umut Meler futbolçulara 6 sarı kart göstərib. Bundan başqa, "Qalatasaray"ın azarkeşləri komandanın sabiq futbolçusu Arda Turana qarşı oyunboyu sərt reaksiya göstərərək "Cim-bom"a xəyanət edənə, biz də edərik" şüarı səsləndiriblər.

Fatih Terimin komandası bu qələbədən sonra xallarının sayını 60-a çatdıraraq yenidən lider olub. İkinci və üçüncü yerlərdə qərarlaşan "Beşiktaş" və "Başakşehir"in hər birinin 59 xalı var. "Fənərbağça" 57 xalla dördüncüdür.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR