Qaradağda ağır qəza: ölən var

16.04.2018 14:31

Fövqəladə Hallar Nazirliyi Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "VAZ” markalı minik avtomobili və "KAMAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Qasımov Mansur Yasən oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

© xezerxeber.az


1368 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR