Moskva bölgəsində 60 İŞİD tərəfdarı saxlanılıb

14.03.2018 09:09

Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşları Moskva və Moskva ətrafında İŞİD tərəfdarlarının Suriya və İraqa göndərilməsi ilə məşğul olan etnik cinayətkar qrupunun 60 üzvünü saxlayıb. 

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilir.
Məlumata görə, cinayətkar qrup həmçinin Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olub.
Cinayətkarların beynəlxalq terror təşkilatlarının emissarları ilə əlaqəli olduğu müəyyənləşdirilib.

© xezerxeber.az


199 dəfə oxunub

ÇOX OXUNANLAR