Tramp Tillersonu işdən çıxarmasının səbəbini açıqladı

13.03.2018 19:46

ABŞ prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad etməsinin səbəbini açıqlayıb.

Tramp jurnalistlərə bildirib ki, bu məsələni Tillersonla çoxdan müzakirə edib: "Biz onunla bu barədə uzun müddətdir danışmışıq. Bizim yaxşı münasibətlərimiz var, lakin bir sıra məsələlərdə fikirlərimiz uzlaşmır".

Tillersonla fikir ayrılığı qismində Tramp İranla sövdələşməni misal çəkib: "Mən bu sövdələşmənin dəhşətli olduğunu, o isə normal olduğunu düşünürdü. Mayk Pompeo ilə isə fikirlərimiz eynidir".

© xezerxeber.az


752 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR