Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sumqayıtda yeni dəniz limani tikilir - VİDEO

13.03.2018 20:53

Sumqayıt şəhərində sosial infrastruktur layihələri uğurla icra olunur. Şəhərin dənizkənarı bulvar ərazisində gəmi limanının tikintisi artıq yekunlaşıb. Yaxın vaxtlarda limana səyahət üçün yeni gəmi gətiriləcək.

Sumqayıt sakinləri gəmi ilə dəniz səyahətinə çıxa biləcəklər. Bunun üçün Dənizkənarı bulvar ərazisində yeni estakada qurulub.

Bu bulvarın digər parklardan fərqli olaraq çimərliyə birbaşa çıxışı var. Sahəsi 12 hektar olan çimərlik zonasında istirahət üçün hər cür şərait yaradılıb.

Dəniz limanının dalğalardan qorunması üçün sahilbərkitmə işləri göürülüb. Limanın əsas hissəsi 700 diametrli borulardan ibarətdir. Ərazidə istinad divarları çəkilib.

Yeni dəniz limanının tikilməsi sakinlərin də ürəyincə olub. Dəniz limanının tezliklə istifadəyə verilməsi nəzərdə tutulub.


© xezerxeber.az

FOTOQALERIYA






882 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR