Maşın ustası necə xüsusi müxbir oldu? - MƏHKƏMƏ

13.03.2018 17:47

Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

XəzərXəbər-in Lent.az-a istinadənməlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Natiq Şıxıyev də dindirilib.

O, ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxsi tanıyır: "Gündüzlə dostum Arifin ailəsi vasitəsi ilə tanış olmuşam. Maşın almaq istəyirdi. Biz də köməklik etdik. Sonra münasibətim yarandı. Maşın ustasıydım. Mənə dedilər ki, ev söhbəti var. Maşını satdım, 23 min pul verdim. Mənə xüsusi jurnalist vəsiqəsi verdi. Dedi yaya qədər evi verəcəklər. Sonra yay keçdi, zəng elədim ki, pula ehtiyacım var, qaytar. O da məni fırlatdı. Getdim şikayət elədim".

Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək Aslan Ağayevin əlavə şahid qismində dindirilməsini istəyib: "Bütün ifadələrdə bildirilib ki, pullar Aslan Ağayevə çatdırılıb. Onun məhkəmə gətirilərək dindirilməsini istəyirik".

Gündüz Hüseynov bildirib ki, Aslan Ağayev onun qəzetində redaktor olub.


Vəsatətin müzakirəsi gələn prosesə saxlanılıb.

Qeyd edək ki, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O bütün zərərçəkənlərə jurnalistləri tikilən binada ev verdirəcək vədi verib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

© xezerxeber.az


578 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR