Ramil Şeydayev "Trabzonspor"a qayıdacaq

13.03.2018 14:06

Azərbaycan millisinin hücumçusu və icarə əsasında "Qarabağ"da oynayan Ramil Şeydayev yayda müqavilə ilə məxsus olduğu "Trabzonspor”a geri dönəcək.

21 yaşlı hücumçu yayda "Trabzonspor”un məşqlərinə qoşulacaq. Trabzon klubunun baş məşqçi Rza Çalımbay gənc forvardla bağlı qərar verəcək.

"Trabzonspor” FIFA-dan transfer cəzası aldığı üçün yayda heyətini gücləndirə bilməyəcək. Qaradəniz təmsilçisi buna səbəbdən icarəyə verdiyi futbolçuları sınayacaq.

Mövsümün əvvəlində "Qarabağ”a icarəyə verilən Şeydayev 11 oyuna qol vurmayıb.

© xezerxeber.az


276 dəfə oxunub

XƏBƏRLƏR

17.06.2018 19:35

Ucarda qətl törədilib

ÇOX OXUNANLAR