Super Liqa təxirə salındı - ŞOK SƏBƏB

13.03.2018 12:27

PAOK və AEK komandaları arasında yaşanan qalmaqaldan sonra Yunansıtan Super Liqasının oyunları təxirə salınıb.

Ölkənin idman naziri Aleksis Çipras təcili toplantı təşkil edib və liqaya fasilə verildiyini açıqlayıb.

Oyunların nə zaman başlayacağına daha sonra qərar veriləcək. Bu müddət ərzində Yunanıstan futbolunda radikal dəyişikliklərə gediləcək.

Digər tərəfdən UEFA və FİFA məsələyə sərt münasibət bildirib. Hazırda FİFA Yunanıstanın bütün beynəlxalq futbol turnirlərindən kənarlaşdırılmasını müzakirə edir. Yunansıtanın yerli idarəetmə orqanı və səlahiyyətli qurumlar zorakılıq hallarının aradan qaldırılması üçün tədbir görməsə, FİFA ən ağır cəzalara əl atacaq.

Qeyd edək ki, PAOK qonaq etdiyi AEK-in qapısına oyunun yalnız 90-cı dəqiqəsində yol tapa bilmişdi. Ancaq matçın baş hakimi qolu qeydə almamışdı. Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana silahla daxil olaraq hakimi ölümlə təhdid etmiş və "sən öldün” demişdi. Yaranan iğtişaş səbəbilə oyun yarımçıq dayandırılmışdı./publika.az

© xezerxeber.az


495 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR