Çantaları taxmağın YENİ DƏBİ: Bekhemdən qeyri-adi təklif

09.03.2018 15:06

Qısa müddətdə öz dəb imperiyasını quran və xanımların ilham mənbəyi olan Viktoriya Bekhemin açıq çalarlarda seçdiyi paltarlar və aksessuarlar bizi səbirsizliklə yazı gözləməyə məcbur edir.

43 yaşlı dizayner Viktoriya Bekhem dünən London küçələrində ciddi, işgüzar kostyumda görünüb. Dizayner 2018-ci ilin əsas rəng trendi sayılan açıq yasəməni kostyum seçib. O, bol kəsimli kostyumunu açıq yaşıl stilettolarla tamamlayıb. Əlbəttə ki, bütün detallar ulduzun öz brendinə aiddir.

Dəb mütəxəssisi rəsmi instaqram səhifəsində yaz-yay kolleksiyasından olan ayaqqabı və çantaları izləyiciləri üçün paylaşıb. O, çantasını geniş cibləri olan pencəyinə qoyaraq vurğulayıb ki, indi aksessuarı bu cür gəzdirmək aktualdır. Bununla da V.Bekhem kiçik klatçların yeni daşımaq üsulunu təklif edib./publika.az

© xezerxeber.az


761 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR