Uşağın qaraciyərində nəhəng qurd kistası yaranıb – ŞOK SƏBƏB - VİDEO

14.02.2018 20:59

Valideyinləri qarnında kəskin ağrıları olan övladlarını həkim müayinəsinə aparıblar. Müayinələrdən sonra onun bədənində 13 santimetr böyüklüyündə qurd kistası aşkar edilib. Kista çox çətin bölgədə yerləşsə də cərrahiyə əməliyyatı uğurla həyata keçirilib. Kistanın böyüklüyü həkimləri də təəccübləndirib.

11 yaşlı uşağın qarnından 13 santimetr uzunluğunda qurd kistası çıxdı.

Valideyinləri qarnında dəhşətli ağrıları olan övladlarını həkimə gətiriblər. Qurdlardan ibarət olan şiş elə bölgədə olub ki, əməliyyat etmək çətin olub. Ancaq uşaq cərrahı Fuad Hüseynov bildirir ki, əməliyyat çətinliyə baxmayaraq uğurlu keçib və uşaq 3 gündən sonra tam sağlam halda evə buraxılıb.

Fuad Hüseynov bildirir ki, qurdların bu qədər inkişaf edərək böyük bir həcm əmələ gətirməsinə səbəb bundan gec xəbər tutulmasıdır. Exinokok adlanan bu qurd kistası əməliyyat olunmasa uşaq üçün çox ciddi fəsadlara səbəb ola bilərdi.

Fuad Hüseynovun sözlərinə görə, bu qurd kistasının yaranmasına səbəb uşaqların heyvanlarla və xüsusilə də it-pişiklə yaxından təması nəticəsində yaranır. Buna görə mütəxəssisin belə halla qarşılaşmamaq üçün valideynlərə tövsiyyəsi var.

Onu da qeyd edək ki, 11 yaşlı uşaqda 13 santimetrlik qurd kistasının əmələ gəlməsi tez-tez rast gəlinən bir hadisə deyil. Buna görə əməliyyat zamanı aşkar olunan böyük qurd kistası həkimlərin də təəccübünə səbəb olub.


© xezerxeber.az

FOTOQALERIYA






1321 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR