Prezident İlham Əliyevi dəstəkləyənlərin sayı durmadan artır - VİDEO

14.02.2018 20:48

Aprelin 11-də keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləyənlərin sayı durmadan artır. Dini konfessiyalar, Azərbaycan qadınları və alimlər də seçkilərlə bağlı mövqelərini indidən ortaya qoyublar və onlar seçkilərdə Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər.

"Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə prezident seçkiləri ilə bağlı dindarların geniş toplantısında deyib. O, qeyd edib ki, prezident İlham Əliyevin dinə və dindarlara olan münasibəti göz qabağındadır. İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dini sahədə xeyli irəliləyişlər əldə edilib

Tədbirin sonunda azərbaycandakı dini konfessiya rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər. Müraciətdə Azərbaycan dindarları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura tərəfindən keçirilən "qadın və seçki hüququ" mövzusunda konfransda aprelin 11-də keçiriləcək prezident seçkilərində qadınlar fəal iştiraka dəvət olunub. Qadınlar seçkilərdə Azərbaycanın gələcək inkişafını, dövlətin sabitliyini və inkişafını təmin edən prezident İlham əliyevə səs verəcəklərini bildiriblər.

Azərbaycan milli elmlər akademiyasında da prezident seçkiləri ilə bağlı toplantı keçirilib. Tədbirdə çıxış edənlər elm sahəsində aparılan islahatlardan danışaraq bildiriblər ki, prezident İlham Əliyev alimlərə yüksək diqqət və qayğı göstərib. tədbirdə bu il keçiriləcək prezident seçkilərində ilham əliyevin namizədliyinin dəstəklənməsi haqqında akademiyanın kollektivinin bəyanatı səsləndirilib. Bəyanatda qeyd olunub ki, elm adamları seçkilərdə yekdilliklə İlham Əliyevə səs verəcəklər.

© xezerxeber.az


322 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR