Harri Keyn haqda şok fakt

13.02.2018 18:25

İngiltərə Premyer Liqasına damğasını vuran Harri Keyn haqqında illər sonra ortaya çıxan maraqlı məqam hər kəsi təəccübləndirib.

"Arsenal"ın sabiq aşağı yaş qrupları üzrə məşqçisi Liam Bardi hələ 8 yaşında olarkən yoxladıqları Keyni artıq çəkili olduğu üçün komandaya qəbul etmədiklərini açıqlayıb. Bundan sonra "Tottenhem"in aşağı yaş qruplarına keçən ingilis hücumçu məhz burda futbol həyatına başlayıb. Ulduz olmaq üçün bu yolda qarşısına çıxan "pilləkənləri tək tək keçərək" məhz "Tottenhem" sayəsində hazırkı səviyyəsinə çatıb.

A Seriyasında "Napoli"dən bir xal geri qalan və 2-ci sırada yer alan "Yuventus"un Keyni transfer etmək istədiyi ortaya çıxıb.

Fanat.Az

© xezerxeber.az


220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR