Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

De Bruyne bunu Messi və Ronaldodan yaxşı bacarır

13.02.2018 18:18

İngiltərə Premyer Liqanın XXVII turunda "Lester”lə oyunda (5:1 ) 3 qol ötürməsi verən Kevin De Bruyne ən yaxşı qol hazırlayıcısı siyahısında liderliyini möhkəmlədib.

"Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi bu mövsüm oynadığı 37 matşda 11 qol və 18 məhsuldar ötürməyə imza ataraq Tyeri Anrinin (fransalı 2003-cü ildə İPL-də 20 dəfə assistentlik məharətini ortaya qoyub) rekorduna yaxınlaşıb.

Ümumilikdə assist sayını 77-yə çatdıran "şəhərlilər”in lideri bununla "Barselona”nın superulduzu Lionel Messini də geridə qoyub. 2012-ci ilin avqust ayından bəri Avropada ən çox qol ötürməsi verən futbolçularının sıralaması isə belədi:

1. Kevin De Bruyne ("Mançester Siti”) - 77

2. Lionel Messi ("Barselona”) – 76

3. Sesk Fabreqas ("Çelsi”) – 65

4. Luis Suares ("Barselona”) – 64

5. Anxel Di Mariya (PSJ) – 64

6. Dmitri Paye ("Marsel”) – 62

7. Məsut Özil ("Arsenal”) – 62

8. Koke ("Atletiko”) – 57

9. Kriştianu Ronaldo ("Real”) – 56

10. Tomas Müller ("Bavariya”) – 55

Fanat.Az

© xezerxeber.az


298 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR