Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb

13.02.2018 17:58

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədəDövlətlərarası Aviasiya Komitəsinin (DAK) Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğramasının araşdırılması iləbağlı yaradılan komissiyası "qara qutu"nu incələdikdən sonra məlumat yayıb

Komissiyanın məlumatında qeydə alınan məlumatların və keçmişdə baş verən analoji hadisələrin təhlili əsasında pilotların indikatorlarında uçuşun sürətinin düzgün əks olunmaması qənaətinə gəlindiyi deyilir.

Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb.

Sərnişinlər arasında Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

22.02.2018 12:46

Bu yol ödənişli olacaq

ÇOX OXUNANLAR