Yevlaxda ŞOK : Canavarlar evə hücum etdi

13.02.2018 15:50

Yevlax rayonunda canavarlar fərdi yaşayış evinə hücum edib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində baş verib.

Belə ki, həmin kəndin sakini Nasir Musif oğlu Məmmədovun həyətinə hücum edən yırtıcılar 5 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 10 baş xırdabuynuzlu heyanı isə yaralayıb. Daha sonra vəhşi heynvanlar aynabəndin şüşələrini qıraraq evə soxulmağa çalışıblar. Lakin evin sakinləri canavarların evə girməsinin qarşısını alıblar.

Hadisə yerinə Yevlax Rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.

© xezerxeber.az


315 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR