Mərkəzi Bank uçot dərəcəsini endirdi - VİDEO

12.02.2018 20:57

Uçot dərəcələri aşağı salınıb. Bu barədə qərarı Mərkəzi Bankın idarə heyəti verib. idarə heyətinin sədri Elman Rüstəmov deyib ki, Mərkəzi Bank pul siyasətinin yumşaldılması haqqında da qərar qəbul edib. Bundan əlavə sədr kriptovalyutaların məzənnəsində dəyişkənliyin davam edəcəyini bildirib və əhalini diqqətli olmağa çağırıb.

Mərkəzi Bank uçot dərəcələrini endirdi.

Mərkəzi Bankın idarə heyəti bu gün uçot dərəcəsinin endirilməsi barədə qərar qəbul edib. Qurumun idarə heyətinin sədri Elman Rüstəmov deyib ki, Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Uçot dərəcələrinin aşağı salınması kredit faizlərini azalda bilər.

Elman Rüstəmov qeyd edib ki, Mərkəzi Bank pul siyasətinin yumşaldılması haqqında da qərar qəbul edib. Sədr bildirib ki, qərara uyğun olaraq, dövriyyədə olan pul kütləsinin artırılması nəzərdə tutulub. Elman Rüstəmov son günlərin ən aktual məsələlərindən olan kriptovalyuta əməliyyatlarına da toxunub. O, bildirib ki, kriptovalyutaya pul qoymaq riskli əməliyyatdır. Elman Rüstəmov kriptovalyutaların məzənnəsində volatilliyin, yəni dəyişkənliyin davam edəcəyini söyləyib və əhalini diqqətli olmağa çağırıb.

Elman Rüstəmov deyib ki, ilin sonuna kimi valyuta ehtiyatlarının artacağı gözlənilir.

© xezerxeber.az


369 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR