Bakıda ilk Balıq bazarı açıldı - Qiymətlər necə olacaq? - VİDEO

12.02.2018 20:58

Balıqsevənlərin səbrisizliklə gözlədiyi Pirallahı rayonundakı balıq bazarından xəbərimiz var. Artıq bu bazar istifadəyə verilib. Burda dənizdən tutulan balıqlar digər bazarlarla müqayisədə ucuz satılır. Bununla yanaşı ərazidə balıqyetişdirmə fermaları da tikilir. Fermalarda yetişdirilən balıqlar elə bu bazarda topdansatış qiymətinə satılacaq.

Paytaxtın Pirallahı rayonunun giriş hissəsində yeni tikilən balıq bazarı artıq istifadəyə verilib. Burda ilkin olaraq dənizdən tutulan balıqlar satışa çıxarılıb. Satıcıların sözlərinə görə, qiymət digər bazarlarla müqayisədə ucuzdur.

7 hektar ərazidə salınan kompleksdə balıq istehsalı üçün açıq və qapalı tipli fermanın tikintisi davam etdirilir. Fermada il ərzində 150 ton nərəkimilər cinsindən olan balıq və 4 ton qara kürü istehsal olunacaq.

Qapalı tipli balıq fermasında yetişdirilən balıqlar topdan satış qiymətinə satılacaq.

Balıqyetişdirmə fermalarının bu il ərzində istifadəyə verilməsi planlaşdırılır.Vətəndaşların rahatlığı üçün Kompleksin ətrafındakı sahil zonası abadlaşdırlıb,ərazi yaşıllaşdırılaraq park salınıb.

© xezerxeber.az


2035 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR