Bakıda gənc qızı şantaj edirlər: "Mənimlə çəkdirdiyin şəkilləri…"

14.01.2018 14:33

Bakıda keçmiş sevgilisi tərəfindən şantaj olunun qız polisə müraciət edib.

XəzərXəbər lent.az-a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Ülkər Hüseynova (ad şərtidir) bildirib ki, keçmiş sevgilisi Rauf Rüstəmli ona hədə-qorxu gələrək keçmiş əlaqələrinin bərpa edilməsini istəyir. Bunu qəbul etmədikdə isə, həmin şəxs 27 yaşlı qızla əvvəllər çəkdirdiyi şəkilləri ailə üzvlərinə göstərəcəyi ilə hədələyib.

Gənc qadın əlavə edib ki, R.Rüstəmli Məhəmməd Hadi küçəsində onun qarşısını kəsərək hədələyib.

Müraciət əsasında araşdırma aparılır.

© xezerxeber.az


555 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR