Ayın mənşəyi haqqında YENİ İDDİA

14.01.2018 13:29

Parisin qərbində, NATO-nun keçmiş qərargahında yerləşən Paris universitetinin geofizika bölməsinin mütəxəssisləri Ayın yaranması haqqında mövcud fərziyyələrin özünü doğrultmadığını iddia edirlər.

XəzərXəbər xəbər verir ki, Paris institutunun astronovtları Yer kürəsinin Marsla eyni ölçülərə malik Teyi planeti ilə toqquşması nəticəsində peykin mineral tərkibinin izah edilə bilmədiyi fikrini irəli sürüblər. Hadisənin kompüterləşdirilmiş modeli göstərdi ki, planetin ölçüləri göstəriləndən daha az olmalı idi.

Tədqiqatçılar Yer kürəsinin Teyi planeti ilə toqquşmasının iki milyard simulyasiyasını nəzərdən keçiriblər. Məlum olub ki, əgər kosmosda olan planetlərin bir çoxu Yer kürəsinin 15 faizdən çox hissəsini təşkil edirsə, o zaman mövcud vəziyyətdə Yer kürəsində daha çox nikel və kobalt mövcud olmalıdır.

Kolorado ştatının Cənub-qərb institutunun alimlərinin iddia etdiklərinə inansaq, Yer kürəsi digər planetlərə nisbətən daha gənc olduğu üçün toqquşmadan sonra Yer kürəsi çoxsaylı kiçik kosmik zərbələr alıb. Bu cür toqquşmalar, zərbələr planetlərdə kimyəvi maddələrin məzmununu dəyişdirib, nüvəsini qızıl, gümüş və platinlə zənginləşdirib. Yeni irəli sürülən fərziyyə isə, mineralların tərkibində olan anomaliyaların mənşəyini köhnə iddiaların izah edə bilmədiyi dərəcədə aydın izah edir.

publika.az

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR