İctimai nəqliyyat sərnişinləri üçün yeni onlayn xidmət

14.01.2018 13:23

Android əməliyyat sistemi üzərindən işləyən cihazların sahibləri Bakı metropoliteninin interaktiv xəritəsindən istifadə edə biləcək.

XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə layihənin rəhbəri Şamxal Bayramov deyib.

Onun sözlərinə görə, müvafiq proqramın ilkin versiyası Play Market-də yerləşdirilib.

"Tədbiq Rusiyanın "Yandeks.Metro” proqramının funksiyalarına malik olacaq, bu da nəqliyyatda gedişi planlaşdırmağa, yola sərf edilən vaxtı hesablamağa və optimal marşrut seçməyə imkan yaradacaq. Hələlik mobil tədbiqin cari versiyası informativ xarakter daşıyır, lakin növbəti yenilənmədən sonra proqram interaktiv olacaq və ona yeni funksiyalar əlavə ediləcək”,-deyə layihə rəhbəri bildirib.

Şamxal Bayramov həmçinin bildirib ki, hal-hazırda BakuBus tədbiqinin təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

© xezerxeber.az


283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR