Çobanlarla fermerlər arasında KÜTLƏVİ DAVA: 105 nəfər öldü

14.01.2018 12:04

100 mindən çox əhalisi olan qəbilələr arasında tez-tez yaranan mübahisələr bu dəfə çoxsaylı insanların ölümü ilə nəticələnib.

Nigeriyada fermer və çobanlar arasında otlaqlar üstündə baş verən qarşıdurmalarda 105-dən çox insan ölüb.

Nigeriya Fövqəladə Vəziyyət Agentliyindən verilən məlumata görə, Benue, Taraba, Nasarava əyalətlərindəki qarşıdurmalar səbəbindən həmin ərazilərdə təhlükəsizlik tədbirləri artırılıb.

Çoxsaylı qarşudurmalar səbəbindən insanlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Evlərini tərk edənlərin sayı 12 min nəfərə çatıb./Publika.az

© xezerxeber.az


301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR