Barselona Avropada 5G-yə keçən ilk şəhər olacaq

14.01.2018 11:46

Barselona şəhərinin rəhbərliyi 5-ci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında maraqlıdır.

XəzərXəbər xəbər verir ki, yaxın aylarda Avropa Komissiyası qitənin bir neçə şəhəri tərəfindən verilən təklifləri araşdıracaq. Barselona meriyasının iqtisadi məsələlər üzrə departament rəhbəri Xerardo Pisareo hesab edir ki, bu şəhər bütün Cənubi Avropanın texnologiya mərkəzi ola biləcək gücdədir.

Barselonanın hər il Ümumdünya Mobil Texnologiyalar Konqresinə ev sahibliyi etməsi 5G texnologiyasının məhz bu şəhərdə ilk test olunmasına şərait yaradır. Konqresin direktoru Karlos Qrau da bu ideyanı dəstəkləyir. (Azərtac)

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR