Qatı duman sürücülərə çətin anlar yaşatdı - VİDEO

13.01.2018 20:06

Dünən axşamdan Samaxı rayonu ərazisində müşahidə olunan dumanlı hava şəraiti səhər saatlarından etibarən daha da kəskinləşib.

Xezerxeber.az-ın məlumatına görə, qatı duman səbəbindən rayon ərazisində, Bakı-Şamaxı-Yevlax magistral yolunun Qobustandan keçən hissəsində, həmçinin Ağsu, Muğanlı və İsmayıllı istiqamətində gedən avtomobillərin hərəkətində çətinlik yaranıb.

Yaranmış vəziyyətdən əziyyət çəkən sürücülər avtomobillərin sürət həddini aşağı endirmək məcburiyyətində qalıblar.

Bakı-Şamaxı-Yevlax yolunun Muğanlıdan keçən hissəsində duman daha da qatılaşdığından bəzi sürücülər avtomobillərini yol kənarında saxlamalı olublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətrafl videomaterialı təqdim edir:


© xezerxeber.az


361 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR