İmişlidə avtomobilin vurduğu piyada ölüb - VİDEO

13.01.2018 20:16

Bu gün İmişli şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes” markalı avtomobil rayonun Yalavac kənd sakini, 1958-ci il təvəllüdlü Dəmirov Zahid Məşdi oğlunu vurub.

Ağır xəsarət alan Z. Dəmirov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az


224 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR